Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

28 Avqust 2026 12:05 (UTC+04:00)

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

SİA xəbər verir ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.

Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.azportalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.