Avqustun 28-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37 faizi), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 23, Neftçala və Culfada 18 metrədək güclənir.
Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.