İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini öldürüb - AÇIQLAMA

28 Avqust 2026 05:04 (UTC+04:00)

İsrailin Müdafiə Ordusu Xan Yunis ərazisində HƏMAS-ın iki komandirini zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Ordusu Xan Yunisdə hərəkatın hərbi qanadının komandiri İsmayıl Məhəmməd İbrahim Barimə və HƏMAS-ın tank əleyhinə bölməsinin komandiri Bilal İbrahim Saleh Ragiyə dəqiq zərbələr endirib.

"Barim Qəzzanın cənubundakı tuneldə üç israilli girov saxlayırdı", - məlumatda deyilir.

Hava hücumu nəticəsində həmçinin ərazidəki HƏMAS-ın döyüşçüsü Əzzam Rifat Əbd Əbdal da öldürülüb.

İsrail Ordusunun məlumatına görə, onlar son zamanlar ölkənin mülki əhalisinə və hərbçilərinə qarşı terror hücumları həyata keçirməyə davam edərək atəşkəsi pozublar.

Mətləb