"Ağ Ev İrana qarşı hərbi və iqtisadi hücum həyata keçirsə, bu, Amerikaya baha başa gələcək. "
"Tasnim"in xəbərində deyilir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.
"Amerika şər işlərə əl atarsa, onların başına tarixə yazılacaq bir bəla gətirərik", - M. Rezai bildirib və İranın çətin günlərdə Qətərə kömək etdiyini xatırladıb.
Onun sözlərinə görə, Tehran Vaşinqtona etibar etmir: "Onlar dəfələrlə diplomatiya və danışıqlara xəyanət ediblər. Amerikanın hərbi və iqtisadi maraqlarına problem yarada bilərik.