Böyük Britaniyanın üç hava limanına hakerlər tərəfindən kiberhücum edilib və nəticədə sərnişinlərin fərdi məlumatları oğurlanıb. "Sky News" telekanalının məlumatına görə, kiberhücumlar İngiltərənin mərkəzində yerləşən Şərqi Midlends, eləcə də Mançester və Londonun Stansted aeroportlarına qarşı həyata keçirilib.
Telekanalın bildirdiyinə görə, cinayətkarlar sərnişinlərin "Wi-Fi" şəbəkəsinə qoşularkən və prioritet rezervasiya zamanı daxil etdikləri məlumatları ələ keçirə biliblər.
Mətləb