Azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub - TƏCİLİ

27 Avqust 2026 22:19 (UTC+04:00)

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub. SIA xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Mətləb