İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

27 Avqust 2026 18:56 (UTC+04:00)

Mavritaniyanın sabiq xarici işlər naziri İsmail Ould Şeyx Ahmed İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib.

SİA xəbər verir ki, “Anadolu”nun xəbərinə görə, İƏT xarici işlər nazirlərinin Ciddə şəhərində keçirilən fövqəladə iclasında bununla bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 66 yaşlı Şeyx Ahmed 2021-ci ildən bəri Baş katib vəzifəsində çalışan çadlı diplomat Hüseyn İbrahim Tahanı əvəz edəcək.

Yeni Baş katib 2015-2018-ci illərdə BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi olub.