Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb

27 Avqust 2026 18:36 (UTC+04:00)

ABŞ-ın maliyyə naziri Skott Bessent İran hökumətini maliyyə resurslarını xalqa ayırmağa çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“İran xalqı əsas ehtiyaclarını ödəyə bilmək üçün mübarizə apardığı bir vaxtda korrupsiyalaşmış rejim böyük həcmdə məbləği xaricə sərf etməyə davam edir. Rejim milyardlarla dolları öz terrorçu proksilərinə xərcləmək əvəzinə, bu pulları öz xalqına ayırmalıdır”, - Bessent qeyd edib.