Bərdə rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun meşəçilik adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Changan" markalı minik avtomobili idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.