“Bu, Azərbaycan mədəniyyətinin gələcəyinə qoyulan daha bir mühüm sərmayədir” - ŞƏRH

27 Avqust 2026 15:14 (UTC+04:00)

“Bilgəh incəsənət məktəbinin açılışı ilk növbədə bir təhsil ocağının istifadəyə verilməsi kimi qiymətləndirilməməlidir. Burada söhbət uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsindən, istedadların üzə çıxarılmasından və Azərbaycan mədəniyyətinin gələcək nəsillərə daha sağlam şəkildə ötürülməsindən gedir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, avqustun 26-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bilgəh incəsənət məktəbinin açılışında iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“Çünki Mehriban Əliyevanın uzun illərdir həyata keçirdiyi layihələrdə təhsil, mədəniyyət, incəsənət və uşaqların inkişafı xüsusi yer tutur.
Bilgəhdə yaradılan yeni məktəb 220 şagird üçün nəzərdə tutulub. Burada musiqi, musiqi nəzəriyyəsi, xor, rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana və digər zəruri məkanlar yaradılıb. Yəni uşağa yalnız bir sənət sahəsini öyrənmək deyil, müxtəlif yaradıcılıq istiqamətlərini sınamaq imkanı verilir.
Burada mühüm məqam ondan ibarətdir ki, yeni məktəb köhnə və artıq istifadəyə yararsız vəziyyətə düşmüş mədəniyyət infrastrukturunun əvəzinə yaradılıb. 1987-ci ildə inşa edilmiş Bilgəh qəsəbə Mədəniyyət Evinin binası zaman keçdikcə müasir tələblərə cavab vermirdi. İndi isə həmin ərazidə müasir standartlara uyğun, uşaqların yaradıcılıq potensialının inkişafına xidmət edən yeni bir mədəniyyət məkanı qurulub.

Əslində, belə layihələrin ən böyük nəticəsi bu gün görünən bina deyil, sabah həmin binadan çıxacaq istedadlardır. Bu gün burada musiqi öyrənən, rəsm çəkən, heykəltəraşlıqla məşğul olan və ya dizayn sahəsinə maraq göstərən bir uşaq gələcəkdə Azərbaycanın mədəni həyatına töhfə verə bilər.

Mədəniyyətə qoyulan sərmayənin xüsusiyyəti də budur: onun nəticəsi yalnız rəqəmlərlə ölçülmür. Bir uşağın istedadının üzə çıxarılması, sənətə marağının formalaşdırılması, estetik zövqünün inkişaf etdirilməsi cəmiyyətin gələcəyinə qoyulan sərmayədir.

Bilgəh incəsənət məktəbi həm də onu göstərir ki, mədəniyyət siyasəti yalnız paytaxtın böyük konsert salonları, muzeyləri və teatrları ilə məhdudlaşmır. Mədəniyyət uşağın yaşadığı məkana qədər aparılmalıdır. İstedad harada doğulursa-doğulsun, onun inkişafı üçün imkan yaradılmalıdır.

Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əsas xüsusiyyətlərindən biri də məhz budur – mədəniyyət və təhsil infrastrukturunun yenilənməsi ilə yanaşı, insan kapitalının inkişafına xidmət etmək. Bilgəh məktəbinin açılışını bu böyük yanaşmanın növbəti nümunəsidir. Burada yeni bina ilə yanaşı, uşaqlar üçün yeni imkanlar, yeni arzular və yeni gələcək yaradılır. Və düşünürəm ki, incəsənət məktəbinin ən böyük missiyası da məhz budur: uşaqlara sadəcə sənət öyrətmək yox, onlara yaratmağın, düşünməyin və öz istedadına inanmağın yolunu göstərmək. Bilgəhdə açılan bu məktəb Azərbaycan mədəniyyətinin gələcəyinə qoyulan daha bir mühüm sərmayədir.

Bilgəh incəsənət məktəbinin açılışı ilk növbədə bir təhsil ocağının istifadəyə verilməsi kimi qiymətləndirilməməlidir. Burada söhbət uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsindən, istedadların üzə çıxarılmasından və Azərbaycan mədəniyyətinin gələcək nəsillərə daha sağlam şəkildə ötürülməsindən gedir. Avqustun 26-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bilgəh incəsənət məktəbinin açılışında iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki Mehriban Əliyevanın uzun illərdir həyata keçirdiyi layihələrdə təhsil, mədəniyyət, incəsənət və uşaqların inkişafı xüsusi yer tutur. Bilgəhdə yaradılan yeni məktəb 220 şagird üçün nəzərdə tutulub. Burada musiqi, musiqi nəzəriyyəsi, xor, rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana və digər zəruri məkanlar yaradılıb. Yəni uşağa yalnız bir sənət sahəsini öyrənmək deyil, müxtəlif yaradıcılıq istiqamətlərini sınamaq imkanı verilir.
Burada mühüm məqam ondan ibarətdir ki, yeni məktəb köhnə və artıq istifadəyə yararsız vəziyyətə düşmüş mədəniyyət infrastrukturunun əvəzinə yaradılıb. 1987-ci ildə inşa edilmiş Bilgəh qəsəbə Mədəniyyət Evinin binası zaman keçdikcə müasir tələblərə cavab vermirdi. İndi isə həmin ərazidə müasir standartlara uyğun, uşaqların yaradıcılıq potensialının inkişafına xidmət edən yeni bir mədəniyyət məkanı qurulub.

Əslində, belə layihələrin ən böyük nəticəsi bu gün görünən bina deyil, sabah həmin binadan çıxacaq istedadlardır. Bu gün burada musiqi öyrənən, rəsm çəkən, heykəltəraşlıqla məşğul olan və ya dizayn sahəsinə maraq göstərən bir uşaq gələcəkdə Azərbaycanın mədəni həyatına töhfə verə bilər. Mədəniyyətə qoyulan sərmayənin xüsusiyyəti də budur: onun nəticəsi yalnız rəqəmlərlə ölçülmür. Bir uşağın istedadının üzə çıxarılması, sənətə marağının formalaşdırılması, estetik zövqünün inkişaf etdirilməsi cəmiyyətin gələcəyinə qoyulan sərmayədir.

Bilgəh incəsənət məktəbi həm də onu göstərir ki, mədəniyyət siyasəti yalnız paytaxtın böyük konsert salonları, muzeyləri və teatrları ilə məhdudlaşmır. Mədəniyyət uşağın yaşadığı məkana qədər aparılmalıdır. İstedad harada doğulursa-doğulsun, onun inkişafı üçün imkan yaradılmalıdır. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əsas xüsusiyyətlərindən biri də məhz budur – mədəniyyət və təhsil infrastrukturunun yenilənməsi ilə yanaşı, insan kapitalının inkişafına xidmət etmək.

Bilgəh məktəbinin açılışını bu böyük yanaşmanın növbəti nümunəsidir. Burada yeni bina ilə yanaşı, uşaqlar üçün yeni imkanlar, yeni arzular və yeni gələcək yaradılır. Və düşünürəm ki, incəsənət məktəbinin ən böyük missiyası da məhz budur: uşaqlara sadəcə sənət öyrətmək yox, onlara yaratmağın, düşünməyin və öz istedadına inanmağın yolunu göstərmək. Bilgəhdə açılan bu məktəb Azərbaycan mədəniyyətinin gələcəyinə qoyulan daha bir mühüm sərmayədir”.