Yunanıstan hərbçiləri Səudiyyə Ərəbistanına atılan dronları məhv etdilər

27 Avqust 2026 13:31 (UTC+04:00)

Səudiyyə Ərəbistanında Yunanıstan hərbçilərinin idarə etdiyi hava hücumundan müdafiə sistemi “Yanbu” neft obyektləri ərazisində bir neçə dronu məhv edib.

Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edilib ki, bu, ABŞ-İsrail və İran arasında müharibənin başlanmasından etibarən Yunanıstan ordusunun nəzarətində olan həmin sistemin istifadə edildiyi üçüncü haldır.

Yunanıstan 2021-ci ildən Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunmasına kömək məqsədilə əldə olunmuş razılaşma çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemini öz hərbçiləri ilə birlikdə bu ölkədə yerləşdirib.