“Son imzalanan sənədlər əlaqələrimizin inkişafına çox mühüm töhfə verəcək” - ŞƏRH

27 Avqust 2026 11:45 (UTC+04:00)

“Son illər Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf edir və bugün bu əlaqələrin inkişafı ümumi münasibətlərimizin daha da möhkəmlənməsinə, güclənməsinə özünün çox vacib və mühüm töhfəsini verməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan Prezidenti ötən dövrdə bir neçə dəfə Özbəkistanda səfərdə olub, Özbəkistan Prezidenti də Azərbaycanda səfərdə olub və bu səfərlərdə çox vacib və olduqca önəmli sənədlər imzalanıb:

“O mənada, son imzalanan sənədlər istər təhsil sahəsində, istər turizm sahəsində, istərsə də logistika sahəsində əlaqələrimizin inkişafına çox mühüm töhfə verəcək.

Yəni Özbəkistan bizim üçün strateji ölkədir, ölkə liderləri arasında çox yaxşı münasibətlər var, səmimi münasibətlər var və təbii ki, bu əlaqələr, bu səfərlər əlaqələrimizi daha da gücləndirəcək və möhkəmləndirəcək.

Yəni hazırkı dövr bu əlaqələrin daha da möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Yəni biz bugün bu əlaqələrdən, bu inkişaflardan maksimum dərəcədə istifadə edərək əlaqələrimizin daha da inkişafı, daha da irəliyə getməsi, daha da möhkəmlənməsi üçün çalışmalıyıq və bu prosesə öz töhfəmizi verməliyik. Hesab edirəm ki, bu səfər bu mənada da xüsusi önəm və əhəmiyyət daşıyır”.