Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, YPG-nin (PKK terror təşkilatının Suriya qolu - red.) ləğv edilməsi Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcək.
"Bizim işimiz peşəkar yanaşma sərgiləmək və silahlı birləşmələrin buraxıldığını yoxlamaqdır. İfadə edildiyi kimidirsə, təbii ki, məmnunedici hadisədir", - o bildirib və əlavə edib ki, Suriyanın da milli birlik, suverenlik və ərazi bütövlüyü pozulmamalıdır.
Türkiyənin XİN başçısının sözlərinə görə, YPG nəinki Suriya, həmçinin Türkiyənin əleyhinə olub. SİTAT: "Amma yeni prosesdə bütün bu problemləri qarşılıqlı anlaşma, dialoq, sülh yolu ilə həll edəcəyik", - o deyib.