Cəlilabadda zəlzələ olub

26 Avqust 2026 19:30 (UTC+04:00)

Cəlilabadda zəlzələ olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

3,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 18:47-də, 26 km dərinlikdə baş verib.