Xansi Flik “Barselona”nın yeni hücumçusu və...

26 Avqust 2026 16:22 (UTC+04:00)

...“Barselona”nın baş məşqçisi Xansi Flik La Liqanın ikinci turunda “Atletik Bilbao” ilə qarşılaşmadan əvvəl mətbuatın suallarını cavablandırıb. İlk sual yeni hücumçunun alınması ilə bağlı idi.

...Əgər Julian Alvaresi ala bilməsək, hücumçu ilə müqavilə imzalayacağıqmı? Düşünürəm ki, prezident bu barədə dəqiq bir açıqlama verib və Deko ilə mən razıyıq.

SİA-nın əldə etdiyi məlumata görə, Flik cavab verərək hücumçunun mütləq gələcəyini açıqlayıb.

“Barselona”nın baş məşqçisi təcili olaraq yeni klub axtaran Alejandro Baldenin mövzusuna da toxunub.

...Baldenin sabah oynayıb-oynamayacağından əmin deyiləm; sonra qərar verəcəyəm. Amma deyə bilərəm ki, onunla danışmışam və mənim üçün vacibdir ki, o, bizə və işinə 100 faiz sadiqdir.

Bildiyiniz kimi, o, cəmi 22 yaşındadır. O, hələ çox gənc oyunçudur və böyük potensiala malikdir. Həmişə demişəm ki, onun buradakı ilk mövsümü fantastik idi, eləcə də əldə etdiyi irəliləyişlər. Amma indi onun daha da inkişaf etdirilməsi vaxtı gəlib çatıb.

Nazlı Almuradova