“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur”
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Laçın şəhəri və ətraf kəndlərdə böyük layihələr, nəhəng infrastruktur işləri həyata keçirilir ki, görülən bütün bu işlər şəhərin simasını tamamilə dəyişib:
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün ərazilər kimi, Laçın şəhərində aparılan mühüm quruculuq işləri öz böyüklüyü, əzəməti və əhəmiyyəti ilə bütün dünyanı heyrətləndirməkdədir. Şəhər və ətraf kəndlərdə aparılan nəhəng ifrastruktur işləri, böyük tikinti layihələri tarixi Laçının yerində tamamilə yeni, Avropa şəhərlərindən heç nə ilə geri qalmayan müasir Laçının formalaşmasına səbəb olub. Bu gün Laçın şəhəri öz gözəlliyi ilə ora səfər edən hər kəsi heyran etməkdə, ovsunlamaqdadır.
Cənab Prezidentin bilavasitə qayğısı və nəzarəti altında Laçında keçmiş məcburi köçkünlər üçün çoxsaylı evlər inşa edilib, məşğulluq probleminin həlli məqsədilə geniş təsərrüfatlar, müəssisələr yaradılıb. Bütün bunlar Laçında məskunlaşan vətəndaşlarımızın mənzil rahatlığını təmin etməklə yanaşı, onların məşğulluğunun da təmin edilməsinə imkan verir.
Bu gün Laçında həyata keçirilən abadlıq-quruculuq işlərindən danışarkən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xidmətlərini də qeyd etmək vacibdir. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və rəhbərlik etdiyi kollektiv Prezidentin tapşırıq və göstərişlərinin çevik şəkildə, yüksək peşəkarlıqla icra edilməsində mühüm rol oynayır, öz novatorluğu, vətəndaşların hər bir müraciətinə yanaşmada göstərdiyi həssasiyyəti, hər bir işə, hər bir layihəyə vicdanlı münasibəti ilə Laçının inkişafına böyük töhfə verir.
Onu da qeyd edim ki, biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı olaraq 19 iyun 2025-ci il tarixində Laçında rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birgə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirmişik. Həmin konfrans zamanı Laçına səfərimizdə də oradakı yenilikləri böyük qürur və məmnunluq hissi ilə izlədik, görülən işlərə heyran olduq. Yaxın vaxtlarda Laçında daha bir tədbirimiz planlaşdırılır ki, qarşıdakı səfər zamanı da Laçında ciddi yeniliklərə şahid olacağımıza əminəm.
26 avqust – Laçın Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, Laçının azadlığını və inkişafını təmin edən Müzəffər Ali Baş Komandanımızı, doğma laçınlıları, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təbrik edirəm. İnanıram ki, Laçında həyata keçirilən layihələr yaxın gələcəkdə bu şəhərimizin tərəqqisinə yeni töhfələr verəcək, Laçın öz inkişaf sürəti, sosial rifah səviyyəsi və iqtisadi potensialına görə bütün dünyanın ən qabaqcıl şəhərlərindən biri kimi tanınacaq”.
Seymur ƏLİYEV