“Eşq duyğusunun özünün varlığı münasibətlərdə yetərli deyil” - PSİXİATR AÇIQLADI

26 Avqust 2026 15:25 (UTC+04:00)

"Sağlam münasibətlə emosional asılılıq arasındakı fərq çox gözəl bir mövzudur. Nəyə görə? Çünki bir çox insan bunu ayırd etmək üçün nəyə baxacağını bilə bilmir və bu səbəbdən də qarışıqlıq yaşanır".Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, emosional münasibətlə emosional bağımlılıqda, yəni insanların daha çox yaşadığı problem odur ki, onlar bunun əslində bir sevgi, eşq olduğunu fikirləşirlər: "Amma yaşadıqları hiss onlar üçün doyurucu olmur, isidici olmur və tam özlərini yetərli, dolğun və tatmin olmuş kimi hiss edə bilmirlər. Tam əksinə, sürekli bir itirmə qorxusu içində olurlar və manipulyativ bir şeyin bir parçası kimi, manipulyasiyaya məruz qalma hissinin verdiyi bir qəzəb və yaxud da ki, güvənsizlik, rahat olmamaq, necə deyək, güvənsizlik və özünü komfortlu hiss edə bilməmək hissi içində olurlar.

Ona görə də buradakı ayırımı əsasən ayrılıqlardan sonra görürük. Ayrılıqdan sonra, deyək ki, sağlam bir münasibətdə ayrılıq olduğunda insanların, sevən insanın hiss elədiyi duyğu kədər olur. Amma emosional asılılıq olduğunda isə burada hiss kədər olur. Yəni “Məni necə ata bilər?” duyğusu olur. Bununla yanaşı, “Mən nələri səhv elədim?” və yaxud da ki, “Nəyi fərqli eləsəydim, bu ayrılıq olmazdı?” şəklində bir duyğudan özlərini ayıra bilmirlər.

Amma sağlam bir münasibətdə ayrılıq baş verdiyində daha çox yaşanan münasibətin verdiyi o gözəl duyğular üçün onları itirdiyi üçün, yəni sanki bir yaxınının önəmli bir parçasını itirmiş kimi bir kədər hissi içində olurlar.

Ona görə “Biz münasibəti anlamaq üçün ayrılmalıyıq” desəniz, yox, belə deyil. Əslində sağlam münasibətləri, toksik münasibətləri deyək və yaxud da ki, emosional asılılığı ayırd etmək üçün başqa kriteriyalar da var ki, normal münasibət içindəyikmi, bunlara fikir verib anlamaq mümkündür.

Öncəliklə, partnyorların, yəni sevgililərin bir-birilərinə münasibətləri çox vacibdir. Sağlam münasibətdə partnyorlar çox vaxt münasibətlərdə... Hər zaman bir mübahisə, bir konflikt yaşanır. Bu konfliktlər yaşandığında emosional asılılıq və yaxud da ki, sağlam olmayan bir münasibətdə daha çox qarşı tərəfi tənqid eləmək, yəni problemin özünü ələ almaq yox, problemimiz sanki qarşı tərəfdən qaynaqlanırmış kimi bir mövqeyə girmək olur.

Amma sağlam bir münasibətdə qarşı tərəfin özünü tənqid eləmək yox, problemi ələ alaraq, yəni bu bir az daha problem həll eləmə qabiliyyətlərinin yüksək olmasına əsasdır.

İnsanların anlamadığı şey budur. Biz aşiq olduğumuzda bizim nə qədər yetərli olmağımızın, işin öhdəsindən nə qədər yetərli gəlməyimizin də önəmi var. Yəni bizim xarakter xüsusiyyətlərimiz də yaşayacağımız eşqin nə qədər dolğun olacağına təsir eləyir.

Əgər bizim problem həll eləmə qabiliyyətimiz yüksək deyilsə, bu mövzuda təcrübəli deyiliksə, o zaman böyük ehtimalla biz yaşanan konfliktlərdə daha konstruktiv deyil, yəni qurucu konfliktləri həll eləmək yönündə... Bir-birimizi qırıcı, incitici tərz seçərək sonda problemin daha da böyüməsinə səbəb olacağıq.

Ona görə insanlar fikirləşirlər ki, eşq duyğusu olsun özü. Yəni bu duyğu çox spontan gəlir də. Bir anda görürsən ki, özünü bu duyğunun içində tapırsan.

Eşq duyğusunun özünün varlığı münasibətlərdə yetərli deyil. Bir münasibəti öz-özünə buraxmaq, sadəcə eşq duyğusu varsa, bir-birimizə qarşı duyğularımız varsa, bu münasibət davam edəcək — belə yanaşmaq düzgün deyil.

Belə yanaşdığımızda həmin birliklər yavaş-yavaş zaman içində şey olmağa başlayır. Yəni köhnəlməyə başlayır, bir mənada. Və yatırım olmadığı üçün, ora bir əmək sərf edilmədiyi üçün də daha inkişaf eləmir.

Bir müddətdən sonra artıq sevgi duyğusu yavaş-yavaş köhnəlməyə, eşq duyğusu, yəni o güclü duyğu da yavaş-yavaş köhnəlməyə başlayır və yerini sevgiyə buraxmır.

Normalda insanların o ilk dövrdə hiss elədiyi yoğun duyğu olan eşq duyğusu zamanla öz yerini daha komfortlu, isti, qoruyucu, şəfqətli bir duyğu olan sevgiyə buraxmalıdır.

Amma emosional asılılıqda bu baş vermir. Çünki sürekli bir itirmə qorxusu, bir asılılıq səviyyəsində əminsizlik, güvənsizlik halı olduğu üçün bunun özü də münasibət üzərində mənfi bir təzyiq yaradır.

Yəni mənim daha çox qarşılaşdığım pasiyentlərimdə gördüyüm şey də bu olur. O tərk edilmə qorxusu, xüsusilə də qadınlarda bu qorxu çox yoğun olduğunda, onlar davranışa bu şəkildə keçir ki, həmin insan qarşı tərəfin sevgisini ölçməyə çalışır.

Bunu ölçmək üçün müəyyən davranışlardan mənfəət etməyə çalışır və yaxud da ki, ondan soruşaraq bununla əmin olmağa çalışır. Eyni zamanda bir çox şeylərdən şübhələnmə artır. Yəni həmin insanın başqa biri ilə maraqlanması şübhələri artdığı üçün ona tez-tez zəng eləmək, onun harada olduğunu öyrənməyə çalışmaq və bu zəngləri, deyək ki, hər hansı bir səbəbdən cavab olmadan da üst-üstə zənglər...

Xırda şeyləri, hansı ki, o anlama gəlmir, böyüdərək, çərçivəsini genişləndirərək böyük konfliktlər yaşamaq kimi hallar yaşanır.

Sanki o əmin olma davranışının özü münasibəti gedib bozmağa səbəb olur və bir müddətdən sonra sırf bu səbəbdən münasibət bitməyə başlayır. Çünki qarşı tərəf anlaşılmadığını və hər şeyə şübhə hiss edən insan kimi partnyoruna özünü ifadə edə bilmədiyini, duyğularını ona çatdıra bilmədiyini hiss edir.

Amma sağlam münasibətdə bu belə olmur. İnsanlar daha çox özlərini əmin və güvənli hiss edirlər. Ona görə də bu qədər şübhə hiss etmədikləri üçün qarşılıqlı güvən duyğusunun verdiyi bir rahatlıq olur. Bizim münasibətlərdə ən çox önəmsədiyimiz şey də bu güvən duyğusudur.

Çünki o olmadıqda, nə qədər davranışlar dəyişsə də, o duyğunu bəzən geri qaytara bilirik, amma əvvəldən varsa, o duyğunu inşa eləmək üçün iki insanın da bunun fərqindəliyini birinci yaşaması lazımdır. Bu duyğunun özündən yaranmadığını və bizim düşünmə şəklimizdən də qaynaqlandığını anlaması lazımdır.

Digər bir şey, sağlam münasibətlərdə və emosional asılılıq arasında ən önəmli şeylərdən birisi də odur ki, iki insan bir münasibətə girdiklərində onlar bir olurlar. Yəni ki, özləri haqqında danışanda “biz” şəklində danışırlar.

Amma bu “biz”ə çevrilmə əslində vacib bir şeydir. Amma bu “biz”ə çevrilmə sırasında “mən”ləri də itirməmək lazımdır.

Bu, bizim bir professorun sözü idi: “Mənləri qoruyaraq biz olmaq.”

Yəni ki, həm öz şəxsi xüsusiyyətlərini, öz personal space-i deyək də, yəni ki, öz şəxsi sahəsini qorumaq, öz maraqlarını qorumaq, hobbilərini qorumaq, nə əlaqələr baxışlarını qorumaq, bunları qoruyaraq eyni zamanda bir-birilik çərçivəsində olduğu üçün ortaq maraqlar yaratmaq.

Bu şəkildə edildiyində şəxslər sanki öz şəxsiyyətlərini itirmiş kimi hiss edə bilirlər və sağlam münasibətlərdə bu baş verir.

Amma emosional asılılıqda isə sanki qarşı tərəfin tələblərinə görə özünü formalaşdırma həddindən çox olur. Bunun səbəbi çox vaxt o itirmə qorxusu olur.

Yəni ki, “Qarşı tərəfin istədiyi kimi olsam, əgər onu itirmərəm” duyğusu olur. Amma bu tam tərs effekt eləyir".