Zelenski İlon Maskı “Azadlıq” ordeni ilə təltif edib

26 Avqust 2026 12:52 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskı “Azadlıq” ordeni ilə təltif edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında bildirilib.

Volodimir Zelenskinin məsələ ilə əlaqədar imzaladığı fərmanda deyilir:

“İnsanların həyatının və azadlığının müdafiəsində göstərdiyi müstəsna şəxsi xidmətlərə, Ukrayna ilə Amerika Birləşmiş Ştatları xalqları arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qərara alıram: ABŞ vətəndaşı, sahibkar, mühəndis, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Azadlıq” ordeni ilə təltif edilsin”.