Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib. SİA xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edib. Matç "Sabah"ın 5:2 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyi bacarıb. Beləliklə, paytaxt təmsilçisi ÇL-in Liqa mərhələsində, “Hapoel” (Beer-Şeva) isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
Qeyd edək ki, "Sabah" "Qarabağ"dan sonra Çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan klubu olub.
Mətləb