"Biz Türkiyə əsrinin qurmağa başlamışıq" - Ərdoğan

26 Avqust 2026 00:03 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşündə qələbənin 955-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı mühüm fikirlər səsləndirib. Türkiyə lideri “güclü və qüdrətli Türkiyənin şəfəqinin artıq doğduğunu” bildirib.

SİTAT: "Regionu yenidən qeyri-sabitlik uçurumuna sürükləməyə çalışan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Qanlı planlarını həyata keçirmək üçün terror təşkilatlarından istifadə edən hər kəs uğursuzluğa məhkumdur. Qalib gələn tərəf Türkiyənin 86 milyon sakini – sülh, əmin-amanlıq və humanizm mövqeyindən çıxış edən hər bir insan olacaq."

“Biz “Türkiyə Əsri”ni qurmağa başlamışıq”, - deyə dövlət başçısı əminliyini bildirib və qeyd edib ki, Türkiyənin hər bir sakini tezliklə ölkənin yeni nailiyyətlərinin şahidi olacaq.

Mətləb