DOST Agentliyində yeni təyinat olub

25 Avqust 2026 19:36 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Qurumun yaydığı məlumata görə, Elxan Elman oğlu Mütəllimov Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.

SİA xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.

Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022-2023-cü illərdə DOST Agentliyində, 2023-2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.