Nebenzya “Maşa və Ayı” cizgi serialına görə BMT-yə şikayət etdi...

25 Avqust 2026 20:51 (UTC+04:00)

...Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasil Nebenzya Təhlükəsizlik Şurasının iclasında “Maşa və Ayı” cizgi serialının yaradılması və yayımı ilə əlaqəli şəxslərə qarşı Ukrayna sanksiyalarından narazılığını bildirib.

Rusiyalı diplomat bu mövzudan Ukraynanı guya "rusofobiyada" ittiham etmək üçün istifadə edib.

SİA xəbər verir ki, Censor.NET-in məlumatına görə, Nebenzya BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı müvafiq açıqlamalar verib.

Rusiya dövlətinin nümayəndəsi Ukraynanı "Zelenskinin adını daşıyan konsentrasiya düşərgəsi" adlandırıb və guya "müxalifətçiliyə tam qadağa" elan edib.

O, Kiyevin Qərb tərəfdaşlarını Rusiyanın özünün 2022-ci ilin fevral ayında tammiqyaslı işğalla başladığı müharibənin davam etməsini maliyyələşdirməkdə günahlandırıb.

...Rusiyanın hər şeyinin məhv edilməsi" iddiasına nümunə olaraq Nebenzya "Maşa və Ayı" cizgi serialı ilə əlaqəli şəxslərə qarşı sanksiyaları misal gətirib.

...Təkcə rus dilinə deyil, həm də ortaq keçmişimizlə əlaqəli hər şeyə zərər verilir. Kiyev hakimiyyəti rusofobiya və ksenofobiyanın dərinliyini nümayiş etdirir, - deyə o bildirib.

Əli Babayev