ABŞ Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adının dəyişdirilməsini planlaşdırır.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirməyi ciddi şəkildə nəzərdən keçirir. Çünki bundan sonra Ontario ilə çox da ticarət əlaqəsi quracağımızı gözləmirik”, - o bildirib.
Amerika lideri bundan əvvəl Kanada rəsmilərini “təlxək” adlandıraraq, Vaşinqton-Ottava münasibətlərini ciddi şəkildə pisləşdirməklə hədələmişdi. Ontario qubernatoru Duqlas Fordun tərəflər arasında ticarət sahəsində gərginliyin kəskin şəkildə artması səbəbindən ABŞ administrasiyasını tənqid etməsinə münasibət bildirən Tramp iddia etmişdi ki, ABŞ həmişə Kanadadan daha böyük, daha zəngin və güclü olacaq.