Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə SİA-ya DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.