Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu milli maraqlara və suverenliyə söykənən xarici siyasət strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemindəki lider mövqeyini hər ötən gün daha da möhkəmləndirir. Bu xarici siyasət kursunun ən mühüm və prioritet istiqamətlərindən birini əsrlərin sınağından uğurla çıxmış ortaq tarixi, mədənivə etnik bağlarla bağlı olduğumuz Türk dünyası və Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlıq əlaqələrinindərinləşdirilməsi təşkil edir. Dövlətimizin başçısının 2026-cı il avqustun 23-də Özbəkistan Respublikasınareallaşdırdığı tarixi dövlət səfəri, bu səfər çərçivəsində Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər və imzalanan strateji sənədlər regional inteqrasiyanın keyfiyyətcə yeni, müttəfiqlik mərhələsinə qədəm qoyduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.
Səfər çərçivəsində mətbuata geniş bəyanatla çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlərin gedişatını və regional birliyin gələcək konturlarını müəyyən edən fundamental tezislər səsləndirmişdir. Dövlətimizin başçısının bəyanatında yer alan rəsmi xətt xüsusilə regional birliyin fəlsəfəsini və müasir geosiyasi arxitekturasını tam dolğunluğu ilə ehtiva edir: "Bu gündənetibarən Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malikvahid geosiyasi və geoiqtisadi regiondur". Bu strateji yanaşma rəsmi Bakının Avrasiya məkanında formalaşdırdığı yeni təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq modelinin təməl prinsipini təşkil edir. Məhz bu formul beynəlxalq münasibətlər sistemində kənar təsirlərdənuzaq, tam müstəqil iradəyə malik yeni bir regional güc qütbünün formalaşdığını sübut edir.
Müasir dünyada qlobal geosiyasi transformasiyaların vəiqtisadi böhranların yaşandığı bir dövrdə Mərkəzi Asiyarespublikalarının və Azərbaycanın birgə platformadançıxış etməsi obyektiv tarixi zərurətdir. ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyev ilə keçirilən görüşlər vəaparılan məhsuldar danışıqlar zəminində vurğulanmışdırki, coğrafi baxımdan bir-birini tamamlayan bu nəhəngregion müstəqil subyektlərin vahid siyasi iradə mərkəzidir. Azərbaycanın region ölkələri ilə qurduğu çoxşaxəli dialoqformatlarında Özbəkistanın oynadığı lokomotiv rol, Avrasiya materikində sabitliyin daxili dinamika hesabınaqorunması prinsipinə xidmət edir.
Məhz bu kontekstdə Azərbaycan liderinin mətbuatabəyanatında böyük önəm verdiyi digər fundamental tezisregionun daxili bütövlüyünü və hər iki dövlətin bubütövlükdəki birbaşa məsuliyyətini aydın şəkildə nümayişetdirir: "Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmışvə artıq kifayət qədər inteqrasiya olunmuş regionuninkişafının ümumi müsbət dinamikası da Özbəkistan vəAzərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır". Bu fikirlər Bakı və Daşkənd arasındakı münasibətlərinsadəcə iki dövlətin maraqları ilə məhdudlaşmadığını, bütövlükdə nəhəng bir coğrafiyanın gələcək taleyini, inkişaf sürətini və rifahını şərtləndirən strateji ox rolunuoynadığını sübut edir. İki ölkənin dövlət başçılarınınnümayiş etdirdikrləri ali siyasi iradə bu geniş regionalbirliyin sarsılmaz onurğa sütununu formalaşdırır.
Geoiqtisadi müstəvidə bu vahid region nəhəng təbiiresurslara, demoqrafik üstünlüklərə və dinamik əhalipotensialına malikdir. Dövlətlərimizin sənayekooperasiyası, nəqliyyat-logistika, tranzit xətlərinintəhlükəsizliyi və rəqəmsal transformasiya istiqamətindəatdığı birgə addımlar bölgənin kənar risklərdən etibarlışəkildə qorunmasını təmin edir. Ölkələrimizin daxilipotensial hesabına iqtisadi müstəqilliyinin daha damöhkəmlənməsi, azad iqtisadi zonaların imkanlarındanqarşılıqlı istifadə geoiqtisadi çəkimizi qlobal miqyasdaartırır
Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Daşkəndbəyanatları sülhə, tərəqqiyə və qarşılıqlı hörmətəəsaslanan böyük gələcək vizyonudur. Azərbaycan özününiqtisadi qüdrəti, qətiyyətli siyasi mövqeyi və sarsılmazdiplomatik nüfuzu ilə Mərkəzi Asiyanın qardaş dövlətləriüçün etibarlı tərəfdaş və qərbə açılan strateji qapıdır. Avqustun 23-də Daşkənddə rəsmiləşən tarixi əməkdaşlıqsənədləri regional birliyin sarsılmazlığını və bu unikalgeosiyasi məkanın gələcəkdə daha da böyük qlobaluğurlara imza atacağını qətiyyətlə təsdiqləyir.
YAP Qəbələ rayon təşkilatının
sədri Abil Ağasəfov