ABŞ Suriyanın adını bu siyahıdan çıxartdı

25 Avqust 2026 03:02 (UTC+04:00)

"ABŞ Suriyanı rəsmi olaraq terrorçuluğun dövlət sponsorları siyahısından çıxarıb." Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş açıqlamada bildirilib.

"Prezident (ABŞ-red) Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması vədinə uyğun olaraq, Dövlət Departamenti bu gün Suriyanın terrorizmin dövlət sponsoru kimi tanınmasını ləğv edib", - açıqlamada deyilir.

Mətləb