ABŞ İranla bağlı 60 təşkilata sanksiya tətbiq etdi

25 Avqust 2026 01:03 (UTC+04:00)

Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. Bu barədə jurnalistlərə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

SİTAT: "ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran rejiminə qadağan olunmuş nüvə və raket texnologiyaları əldə etməyə, kiber əməliyyatlar aparmağa və neft gəlirləri əldə etməyə imkan verən dünya üzrə 60-dan çox təşkilata, şəxsə və gəmiyə sanksiyalar tətbiq edir", - o deyib.

Nazirin sözlərinə görə, Vaşinqton İranı qlobal arenada tamamilə təcrid etmək və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün potensial maliyyələşdirmə mənbələrini kəsmək istəyir.

Mətləb