Fransada yuxarı sinif şagirdləri üçün mobil telefondan istifadə qadağan edildi

24 Avqust 2026 23:19 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron yuxarı sinif şagirdlərinin təhsil müəssisələrində mobil telefonlardan istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanunu imzalayıb. Bu barədə Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yenicə dərs ilinin əvvəlindən yuxarı siniflərdə mobil telefonların qadağan edilməsi haqqında qanunu imzaladım", - deyə Makron qeyd edib.

Onun sözlərinə görə, bu addım tədris prosesinə sakitliyi qaytarmağa imkan verəcək.

Mətləb