Bakıda 40 küçənin təmiri başa çatdırılıb- AÇIQLAMA

24 Avqust 2026 22:19 (UTC+04:00)

Bakıda 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir.

Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub. Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılacaq