Bakıda bu küçədə hərəkət iki gecə məhdudlaşdırılacaq

24 Avqust 2026 17:57 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək:
- 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;
- 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

"Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda bildirilib.