Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

24 Avqust 2026 13:56 (UTC+04:00)

Paraüzgüçülərimiz Gəncədə təlim-məşq toplanışındadırlar.

SİA xəbər verir ki, paraüzgüçülük üzrə milli komandamızın üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi ilə avqustun 19-dan Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 4-dək davam edəcək toplanış sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.