Finlandiya Prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında Rusiyanı hədəf alan açıqlama ilə çıxış edib. A.Stubb hesab edir ki, Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır.
SİTAT: "Mən hesab edirəm ki, ukraynalılar danışıqlar zamanı praqmatik həllər axtarırlar, lakin məhz ruslar konkret nəticələr nümayiş etdirmirlər. Amerikalılar isə təqdim edilə biləcək real bir nəticənin olduğunu hiss etməyincə Moskvaya və ya Kiyevə gəlməyəcəklər", - Finlandiya Prezidenti vurğulayıb.