İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gətirə biləcək böyük qaz yatağı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsün Paknejad məlumat verib. "Fars əyalətinin cənubundakı Taxta yatağında aşkarlanan qaz az kükürdlüdür ki, bu da işlənmə və istismar xərclərini azaldır", - o vurğulayıb.
Qiymətləndirmələrə görə, yataqda 212 mlrd. kubmetr qaz var və ondan 161 mlrd. kubmetr hasil etmək mümkün olacaq. Paknejadın sözlərinə görə, bu həcm "Cənubi Pars" yatağındakı bir fazanın təqribən 15 illik hasilatına bərabərdir.
Mətləb