“Qara dənizdə həyatını itirən dənizçilər arasında Türkiyə vətəndaşları da var”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
Ukrayna rəsmisi hadisələrin səbəblərinin araşdırılması və mülki dəniz daşımalarının təhlükəsizliyinin təmin olunması üçün Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Tixiy dənizçiləri rəsmi naviqasiya xəbərdarlıqlarına əməl etməyə, dəniz nəqliyyatı üçün qapalı ərazilərdən, həmçinin Rusiyanın limanları və ərazi sularından uzaq durmağa çağırıb.