Kurultaya seçkilərdə seçici fəallığı 72,15 faiz təşkil edib

23 Avqust 2026 18:14 (UTC+04:00)

SİA yerli mənbələrə istinadən xəbər verir ki, saat 18:00-a olan məlumata görə, Qazaxıstanda Kurultaya seçkilərdə seçici fəallığı 72,15 faiz təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın məlumatına görə, “ölkə üzrə saat 18:00-a 9 095 298 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 72,15 faizini təşkil edir”.

Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 18:00-a regionlar üzrə seçici fəallığı belə olub:

Seçicilərin müvəqqəti olduğu yerlərdəki 548 seçki məntəqəsində səsvermə başa çatıb.