Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar

23 Avqust 2026 13:28 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uşaqlar və yeniyetmələr arasında MMA üzrə IMMAF dünya çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyindən SİA-ya bildirilib ki, Azərbaycanı yarışda Alirza Həsənov (62 kiloqram) və Kənan Qulizadə (48 kiloqram) təmsil ediblər.

Hər iki idmançı turniri gümüş medalla başa vurub.