İsrail xarici işlər naziri Gideon Saar "Channel12" telekanalına müsahibəsində Türkiyə ilə münasibətlər vsrədə danışıb. İsrailli nazir, Suriyada yerləşən Əbu-Duhur aviabazasına İsrailin son zərbəsi fonunda yaranmış gərginliklə əlaqədar Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsində maraqlı olmadıqlarını bildirib. SİTAT: “Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik”, - o deyib.
Bununla yanaşı, xarici işlər naziri İsrailin mövcud status-kvonu qorumaq niyyətində olduğunu və Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına razı olmayacağını vurğulayıb.
Mətləb