106 minlik borca görə sahibkar xanımın ölkədən çıxışına "stop" qoyuldu

23 Avqust 2026 00:23 (UTC+04:00)

Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. SİA Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb.

Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün iddia qaldırıb. İddiada bildirilir ki, dəfələrlə R.İsrafilovaya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin ödənişlər yerinə yetirilməyib.

Məhkəmənin qərarı ilə MMC-nin rəhbəri, 69 yaşlı R.İsrafilovanın ölkədən çıxışı vergi öhdəlikləri tam yerinə yetirilənədək qadağan olunub.

Mətləb