Məşhur filmin aktyoru 70 yaşında ölüb

23 Avqust 2026 02:21 (UTC+04:00)

Tərcüməçi" ("The Interpreter") və "Şuqar Hill" ("Sugar Hill", 1993) filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Maykl Rayt 70 yaşında vəfat edib. Bu barədə aktyorun ailəsi TMZ portalına məlumat verib.

Rayt avqustun 19-da Los-Ancelesdə vəfat edib. Ailəsinin bildirdiyinə görə, aktyorun ölümünə nadir nevroloji xəstəlik olan Markiafava-Binyami xəstəliyinin ağırlaşmaları nəticəsində yaranan ürək dayanması səbəb olub.

Mətləb