Ukraynanın Nikolayev şəhərində partlayış baş verib

22 Avqust 2026 18:54 (UTC+04:00)

Ukraynanın cənubundakı Nikolayev şəhərində partlayış baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç “Telegram” kanalında məlumat verib.

“Nikolayevdə partlayış səsi eşidilib”, – mer bildirib.

Hazırda Nikolayev vilayətində hava həyəcanı elan olunub.

Bundan başqa, Dnepropetrovsk, Kirovoqrad, Odessa, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də hava həyəcanı siqnalları verilir.