Ötən gün qanunsuz saxlanan 15 silah, 2 qumbara aşkarlanıb

22 Avqust 2026 10:57 (UTC+04:00)

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı ümumilikdə 10 fakt müəyyən edilib.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.