Qadın voleybolçuların Avropa çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq

22 Avqust 2026 10:48 (UTC+04:00)

Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq.

"Report" xəbər verir ki, əvvəlcə Belçika və İspaniya seçmələri üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:30-da başlayacaq. Daha sonra Rumıniya və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.