Gəncədə 65 yaşlı kişini bıçaqla öldürüblər

22 Avqust 2026 03:04 (UTC+04:00)

Gəncədə 1961-ci il təvəllüdlü Musa Musayev qətlə yetirilib. Hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, 65 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Musa Musayevi qətlə yetirməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Mətləb