Şimali Koreya Putinə kömək üçün 8500 əsgər göndərir - AÇIQLAMA

21 Avqust 2026 23:30 (UTC+04:00)

Şimali Koreya Rusiyaya təxminən 400 pilotsuz təyyarə operatoru da daxil olmaqla, 8500 əsgərdən ibarət yeni kontingent göndərib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski CNN-ə açıqlamasında deyib. "Yeni qrupa təxminən 400 pilotsuz təyyarə operatoru daxildir. Onların bir çoxunun artıq əvvəlki missiyaları zamanı qazandığı təcrübə var", - Skibitski bildirib.

Onun sözlərinə görə, Şimali Koreya qoşunları əsasən Kursk bölgəsində yerləşir. Onların arasında təxminən 1000 mühəndis və sapyor var.

Mətləb