"Barselona" bu futbolçuya 65 milyon avro qiymət qoydu!

21 Avqust 2026 22:31 (UTC+04:00)

"Barselona" niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu satmağa hazırdır. "El Nacional" nəşrinin yazdığına görə, Kataloniya klubu futbolçunu 65 milyon avro dəyərində qiymətləndirib. Baş məşqçi Hans-Diter Flik də onun transferinə razılıq verib.

Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis de Yonqun kapitan sarğısını əlindən alıb. Buna səbəb isə futbolçunun zədəsinə baxmayaraq, 2026-cı il dünya çempionatına yollanması olub. Nəticədə onun zədəsi daha da ağırlaşıb və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

Mətləb