İsveçdə məktəbdə insanlara qılıncla hücum edilib, xəsarət alanlar var

21 Avqust 2026 18:55 (UTC+04:00)

İsveçdə insanlara qılıncla hücum edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində - Fagersta bölgəsində yerləşən məktəbdə baş verib.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanların sayı dəqiq açıqlanmayıb.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.

Polis ətraf ərazilərdə yerləşən digər 8 məktəbi də nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.