Azərbaycan Prezidenti: Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir

21 Avqust 2026 16:13 (UTC+04:00)

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir.

SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

“İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar”, - deyə dövlətimizin başçısı əlavə edib.