"Azərbaycan dövləti həcminə görə çox kiçik dövlətdir. Həqiqətən də, dünya xəritəsində Azərbaycan olduqca kiçik görünür". Bu sözləri SİA-ya açıqlaması zamanı siyası şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, lakin buna baxmayaraq, özünün siyasi təsir imkanlarına görə dünyanın sayılıb-seçilən ölkələri arasındadır: "Yəni Azərbaycan balaca dövlət olmasına baxmayaraq, özünü qlobal səviyyədə təsdiq edə bilib, sübut edə bilib.
Ona görə də dünyanın ən böyük dövlətlərinin liderləri Azərbaycan Prezidenti ilə, Azərbaycan dövləti ilə hesablaşırlar. Prezident İlham Əliyev məhz buna görə də G20 Liderlər Zirvəsinə dəvət edilib. Təbii ki, Azərbaycanla bağlı böyük planlar var və Azərbaycanın da iştirak edəcəyi böyük layihələr var.
Ümumiyyətlə, Azərbaycanın iştirakı olmadan bu layihələrin həyata keçirilməyəcəyini dünyanın ən böyük liderləri də dərk edirlər. Ona görə Prezident İlham Əliyev ora dəvət edilib. Yəni ölkəmiz həqiqətən də dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib.
Azərbaycan dövləti sözünə etibar edilən, həqiqətən də güvənilə bilən bir dövlətə çevrilib. Prezident İlham Əliyevin özü də sözünə etibar edilən böyük liderlərdən birinə çevrilib. Əlbəttə, belə bir şəraitdə dünyanın taleyini həll edəcək Böyük 20-lik Azərbaycanı da öz yanlarında görmək istəyir".