Serbiya Prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkisinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb.
Bu barədə Serbiya Radio və Televiziyası məlumat yayıb. SİTAT:."Beləliklə, hazırkı vəziyyətə görə, Serbiyada parlament seçkisi ya oktyabrın 18-də, ya da 25-də keçiriləcək", - deyə Vuçiç qeyd edib.
Xatırladaq ki, əvvəl ölkə rəhbəri parlament seçkisinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini bildirmişdi.
Mətləb