Sumqayıtda qamışlıq ərazidə yanğın olub

21 Avqust 2026 03:05 (UTC+04:00)

Sumqayıt şəhəri, Azərbaycan prospektində qamışlıq ərazidə yanğın baş verib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi ilə alovun genişlənərək ətrafa yayılmasına imkan verilmədən yanğın qısa müddətdə söndürülüb